16 seansdan ibarət bu seminar tələbələrə ana dilinin öyrədilməsi və möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb, lakin universitet rəsmiləri son zamanlar seminarın təşkilinə əngəllər törətməyə başlayıb.
Universitet rsəmilərinin etirazına və seminara məhdudiyyət qoymasına səbəb “Xətai” mədəniyyət mərkəzinin təklif etdiyi “Anama oxşarlığımdır, Ana dilim” başlıqlı banner olub.
Bu aksiyaya cavab olaraq senzuraya etiraz edən tələbələr universitet şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar. Bu addım məhdudiyyətlərə və senzuraya etirazın simvolu kimi qiymətləndirilib.