Mobil telefonlar bahalaşıb.
Mobil telefon satıcıları ittihadiyyəsinin rəisi İbrahim Dorosti telefon və elektronik malların xaricdən dollarla alındığı üçün bahalaşdığını deyib. Onun sözlərə görə bu malların qiyməti yüzdə -35 artıb.
O,telefon varid edənlərin yüzdə 18 qazandığını və ən az qazancın tükanladakı satıcılara aiyid olduğunu bildirib. Dorosti-nin dediyinə görə hal hazırda İran bazarında alınan telefonların yüzdə 70 ilə 75-inin qiyməti 3.5 ilə 5 milyon tümən arasındadır. İLNA Xəbər Ajansının xəbərinə görə Dorosti İran-da satılan yüzdə 90-95 telefonların qanun çərçivəsində satıldığını və qaçaq telefonların çox az olduğunu bildirib.
Xatırladaq ki İran-da ayda 1.5 milyona yaxın telefon satılır. Son aylarda Amerikanının təhrimləri nəticəsində Samsung və LG kimin telefon markaları İran bazarından çıxma qərarı aldıqlarını açıqlamışdı.
MOBİL TELEFONLAR BAHALAŞIB
