Dünya

MKİ direktoru Qəzzada 28 günlük atəşkəs təklif edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Doha danışıqlarında Qəzza zolağında 28 günlük atəşkəs və onlarla fələstinli məhbusla səkkiz girovun dəyişdirilməsini nəzərdə tutan atəşkəs üçün yeni format təklif edib.

ANT xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, Börnsün təklifinə dörd həftəlik atəşkəs və səkkiz qadın və ya 50 yaşdan yuxarı kişi məhbusun İsrail həbsxanalarında saxlanılan onlarla fələstinli ilə dəyişdirilməsi daxildir.

Nəşr qeyd edir ki, bu ssenari atəşkəs danışıqlarını son aylarda əldə etdikləri çıxılmaz vəziyyətdən çıxara və daha əhatəli razılaşma üzrə danışıqlara keçməyə imkan verə bilər.

Nəşr onu da qeyd edib ki, yalnız müvəqqəti atəşkəsə hazır olduqlarını bəyan edən İsrailin baş naziri Benyamin Netanyahunun və İsrail qoşunlarının çıxarılmasını tələb edən HƏMAS hərəkatının mövqelərindəki fundamental fikir ayrılıqları səbəbilə belə bir planın həyata keçirilməsi mümkün olmaya bilər.

Related Articles

Bir cavab yazın

Back to top button