ANT xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, Börnsün təklifinə dörd həftəlik atəşkəs və səkkiz qadın və ya 50 yaşdan yuxarı kişi məhbusun İsrail həbsxanalarında saxlanılan onlarla fələstinli ilə dəyişdirilməsi daxildir.
Nəşr qeyd edir ki, bu ssenari atəşkəs danışıqlarını son aylarda əldə etdikləri çıxılmaz vəziyyətdən çıxara və daha əhatəli razılaşma üzrə danışıqlara keçməyə imkan verə bilər.
Nəşr onu da qeyd edib ki, yalnız müvəqqəti atəşkəsə hazır olduqlarını bəyan edən İsrailin baş naziri Benyamin Netanyahunun və İsrail qoşunlarının çıxarılmasını tələb edən HƏMAS hərəkatının mövqelərindəki fundamental fikir ayrılıqları səbəbilə belə bir planın həyata keçirilməsi mümkün olmaya bilər.