Bildirilib ki, həbs edilənlər arasında azərbaycanlılar da var.
Onlardan ikisinin adı məlumdur: həmin şəxslər Hikmət Əliyev və Seymur Rzayevdir.
İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, iranəsilli türk vətəndaşı, “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib.
MİT İŞİD üzvü olan kuryerin İrana 8,5 milyon avroya satmaq üçün İstanbula apardığı rəqəmsal karqonu texniki izləmə ilə müəyyən edib.
Kuryer İstanbul Beynəlxalq Hava Limanında keçirilən əməliyyatda saxlanılıb.
Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto, CV-ləri və şəxsi məlumatları tapılıb.