Digər tərəfdən Prezident Bayden İsrailə rəğbətini ifadə edərək bildirib ki, Ukraynanın Rusiya-Ukrayna müharibəsində, Fələstin-İsrail müharibəsində isə ikinci tərəfin qələbəsi regionda sabitliyə xidmət edir.
Məsələ ilə bağlı ərəb məsələləri üzrə ekspert, misirli jurnalist Əli Əl-Hofi Ednews -a verdiyi açıqlamada bildirib ki, dünya üçüncü dünya müharibəsinin astanasındadır.
Ekpertin fikrincə ABŞ Ukrayna üçün nəzərdə tutulan silah-sursatları İsrailə göndərməsi Rusiya-Ukrayna müharibəsinin döyüş cəbhələrində təzyiqin azalmasına səbəb olacaq, həmçinin bu, bir çox Avropa ölkələrinin böyük iqtisadi itkilərə məruz qalacaq və bu da dünyada bir çox iqtisadi böhranlar yaşamasına gətirib çəxaracaq.
“İsrailə lazımi silah və hərbi qüvvələr ilə təmin etmək Yaxın Şərqdə Rusiyaya qarşı yeni cəbhələrin açılmasına səbəb olacaq, çünki Yaxın Şərqdə Suriya və İran kimi Rusiyanın tərəfdarları var, bu da ABŞ- a qarşı çoxlu cəbhələr açılmasına səbəb olacaq nəticə da bölgədə yeni münaqişələr başlayacaq”.
Jurnalist Əli Əl-Hofi ABŞ prezidenti Co Baydenin iddialarına cavab olaraq bildirib ki, Rusiya-Ukrayna müharibəsində Ukrayna, Fələstin müharibəsində isə İsrailin qələbəsi regionda sabitliyə qətiyyən xidmət etmir.
“Bu həm də Yaxın Şərqdə bir çox münaqişələrin başlanması və müxtəlif cəbhələrdə o cümlədən Livanda Hizbullah tərəfindən və ya Fələstində İsrailə qarşı müharibələrin başlanmasına səbəb olacaq.
Dünya bunu İraq və Əfqanıstan müharibələrində dəfələrcə şahidi olub. Bu Yaxın Şərqi yenidən qurmaq üçün ABŞ-ın uzun illərdir həyata keçirdiyi eyni siyasətdir”.