Baş nazir təşkilatın böhran içində olduğunu bildirib.
O qeyd edib ki, Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa bir-biri ilə ünsiyyət qurmur.
“Həmsədrlər bir-biri ilə danışmırlar, “mən onunla eyni masada oturmayacağam” deyirlər”, – Paşinyan çıxışında vurğulayıb.
Xatırladaq ki, ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minsk qrupunun fəaliyyətini dayandırdığını bildirib: “Qrup Fransa və amerikalı üzvlərin təşəbbüsü ilə fəaliyyətini dayandırıb”. (modern)