İran

Minlərlə tibb işçisi İranı tərk edib

İran parlamentinin Səhiyyə Komissiyasının başçısı Hüseynəli Şəhriyari son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk etdiyini deyib.

O, bu barədə ölkədə səhiyyə sistemində tibb işçilərinin çatışmazlığı ilə bağlı etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, son iki ildə 6 min tibb işçisi Amerika və Avropaya gedib.

Şəhriyari xüsusilə bir sıra əyalətlərdə həkim və mütəxəssis çatışmazlığının daha ağır nəticələrə səbəb olduğunu vurğulayıb, bunun həlli üçün nəzərdə tutulan layihələrin nəticə vermədiyini qeyd edib.

Bir neçə gün bundan öncə İranın “Cavan” saytı İranda həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button