Azərbaycanİran

Milli məhbuslar aclıq aksiyasına başlayıblar

4 aydan çoxdur Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan bir neçə milli fəal aclıq aksiyasına başlayıb.

Bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları fəalları məlumat yayıblar.

Əbduləziz Əzimi qədim ,Tahir Nəqəvi və Hüseyn Pirinin də olduğu 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şəraitdə saxlanılmasına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edirlər. Onlar istəkləri yerinə yetirilməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda başqa milli məhbusların da aclıq aksiyasına başlayacaqları gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button