Bu barədə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi məlumat verib.
Onun bildirdiyinə görə, göndərilən çağırışda Davud Şiridən 1 aprel tarixində məhkəmədə olması istənilib.
Şiriyə qarşı “hökumət əleyhinə təbliğat” ittihamı irəli sürülüb.
Qeyd edək ki, Davud Şiri 19 may 2022-ci ildə qardaşı Əyyub Şiri ilə birgə həbs edilib və 2 iyul tarixində 400 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.
Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.