Azərbaycanİran

Milli fəallara qarşı hökm oxunub

8 aydan çoxdur Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların məhkməsi olub və onların bir neçəsi barədə həbs qərarı çıxarılıb.

Çıxarılan hökmlərə əsasən, Hüseyn Piri toplaşmaq və sövdələşməyə görə 5 il, Əbdüləziz Əzimi Qədim toplaşmaq və sövdələşməyə görə 5 il, rejim əleyhinə təbliğat apardığına görə daha bir il, Araz Aman, Baqer həbs edilib. Hacızadə və Ayaz Seyfxah casusluq ittihamı ilə 8 il, sui-qəsd və sövdələşmədə isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Kamal Nuri də sui-qəsd və sövdələşmə ittihamı ilə 2 ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, Araz Amani, Ayaz Seyfxah və Baqir Hacizadəyə qarşı casusluq ittihamı irəli sürülb və hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası verilib.

Bununla yanaşı adı çəkilən fəalların hər biri “milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq” ittihamına görə daha 5 il həbs cəzasına məhkum ediliblər.

“Milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq”da günahlandırılan başqa milli fəal  Hüseyn Piri barədə də 5 il həbs qərarı verilib.

Kamal Nuri isə 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib və 1 il qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib.

Məhkəməniin digər məhbus fəallar Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarı hələlik bildirilməyib.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

Related Articles

Bir cavab yazın

Back to top button