Azərbaycanİran

Milli fəallar ETTELAAT-a çğırılıblar

Son iki həftə ərzində Güney Azərbaycann müxtəlif bölgələrində fəalların təhdid edilməsinin davamında daha iki fəal təhlükəsizlik idarəsinə çağırılıb.

İnsan haqları fəallarının verdiyi əlumata görə, ETTELAAT məmurları milli-mədəni fəallar Yusif Sələhşur və Hüseyn Rəxşaniyə telefon edərək onları təhlükəsizlik idarələrinə çağırıblar.

Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb.

Son həftə ərzində tanınmış xanım yazıçı və şairlər – Ruqəyyə Kəbiri və Nigar Xiyavi, sənətçi və bədii qiraətçi Rza Əsbəqi, mədəni fəal Vəhid Əbhəri, İbrahim Asimani təhlükəsizlik idarəsinə çağırılıblar.

Bunun, Urmu gölü ilə bağlı keçirilən aksiya və 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarının ildönümünün yaxınlaşması ilə əlaqəli olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button