Site icon Aznews TV

Milli fəalın yaşlı anası və bacısı həbs ediliblər

Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar. Bildirilib ki, mayın 12-də çox sayda mülki geyimli polislər qadınların şəxsi mənzilinə hücum ediblər. Evdə axtarış aparılıb və adıçəkilən xanımlar tutularaq naməlum yerə aparılıblar.

Bununla yanaşı, evdə olan bir sıra əşyalar, o cümlədən kompüter və mobil telefonlar müsadirə olunub.

Qeyd edək ki, Firəngiz Fəthi və Əkrəm Koxian Almaniyada yaşayan Azərbaycan Milli Hərəkatının fəalı Mehdi Koxianın anası və bacısıdırlar.

Exit mobile version