Bu barədə o qısa telefon danışığında ailəsinə məlumat verib.
Seyfxah bundan əvvəl Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılırdı.
Təhlükəsizlik məmurları Əhəd Seyfxahı martın 6-da həbs edib, onun yaşadığı evdə axtarış aparıblar.
Milli fəalın həbs səbəbi və nədə ittiham olunduğu barədə məlumat verilmir.
Qeyd edək ki, Əhəd Seyfxahın qardaşı Ayaz Seyfxah isə fevralın 6-da həbs edilib və sonradan Tehranın Evin həbsxanasına köçürülüb.