Azərbaycanİran

Milli fəal sürgünə göndərildi

Tehranda yaşayan güney azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi 2 illik sürgün cəzasını çəkmək üçün Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə gedib.

Bu barədə o sosial media hesabında məlumat yayıb.

Fəal mayın 18-də Məscid-Süleymanın özünü Baş və İnqilab Prokurorluğunun məhkəmə qərarlarının icra şöbəsinə təqdim edib.

Behnam Şeyxi həbs müddəti bitdikdən sonra sürgün dövrünü yaşasa da, məhkəmə orqanları onun qaydaları pozduunu iddia edərək sürgün cəzasını 6 ay müddətinə artırıblar.

Qeyd edək ki, Behnam Şeyxi 2016-cı ildə “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup yaratmaqda iştirak etmək” ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib.

Ancaq bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Fəal 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülüb.

Şeyxi bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button