İran

Milli fəal Ruzbeh Piri müvəqqəti azadlığa buraxılıb

Təbrizli milli-mədəni fəal Ruzbeh Piri septambrın 29-da 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

Bu barədə fəalın qardaşı Yaşar Piri özünün “instaqram” hesabında məlumat yayıb. Yaşar Piri etdiyi paylaşımda qardaşına qarşı irəli sürülən yeni ittihamlar barədə məlumat verib.

Onun yazdığına görə, Ruzbeh Piri “Dünəndən bu günə kimi Azərbaycanın qərbi-Gələcək üçün bizim vəzifəmiz” tarix kitabçasını yazdığına görə, “İran İslam Cümhuriyyəti sisteminə qarşı təbliğat aparmaq”da günahlandırılıb.

R.Piri 9 septambrda 12 nəfər şəxsi geyimli təhlükəsizlik məmuru tərəfindən saxlanılıb.

Saxlanıldığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb.

Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək bəlli olmayan yerə aparılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button