O, bir neçə gün əvvəl məhbusların acınacaqlı vəziyyətdə saxlanıldığı həbsxananın “işçi” bölməsinə köçürülüb.
Tahir Nəqəvi təhlükəsizlik qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edərək, iyun ayının 13-dən aclıq aksiyasına başlayıb, bir ay ac qalan fəal vəziyyətinin ağırlaşmasından sonra aksiyanı dayandırıb.
Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər. O, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.