Azərbaycanİran

Milli fəal məhkəməyə çağırılıb

Təbriz şəhərində yaşayan milli fəal Davud Şiri Təbriz İnqilab Məhkəməsinə çağrılıb.

Bu barədə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi məlumat verib.

Onun bildirdiyinə görə, göndərilən çağırışda Davud Şiridən 1 aprel tarixində məhkəmədə olması istənilib.

Şiriyə qarşı “hökumət əleyhinə təbliğat” ittihamı irəli sürülüb.

Qeyd edək ki, Davud Şiri 19 may 2022-ci ildə qardaşı Əyyub Şiri ilə birgə həbs edilib və 2 iyul tarixində 400 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.

Related Articles

Bir cavab yazın

Back to top button