Azərbaycanİran

Milli fəal İsmayıl Əhmədinin məhkəməsi olub

Sentyabrın 7-də Şərqi Azərbaycanın Əhər şəhərinin İnqilab məhkəməsində milli fəal İsmayıl Əhmədinin işinə baxılıb.

Məhkəmədə fəala qarşı “hökumətə qarşı təbliğat” ittihamı ürə işinə baxılıb və onun müdafiəsi dinlənilib.

25 may tarixində təhlükəsizlik məmurları İsmayıl Əhmədinin evinə basqın edərək onu özləri ilə aparıb, ona məxsus telefon, komputer və başqa şəxsi əşyaları müsadirə etmişdilər.

Fəal bir gün sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Qeyd edək ki, bir çox hallarda təhlükəsizlik idarəsinin təzyiq və hədələri səbəbindən ailələr həbslər barədə vaxtında məlumat verə və məsələni ictimailəşdirə bilmirlər.

Related Articles

Bir cavab yazın

Back to top button