Azərbaycanİran

Milli fəal İbrahim Əhmədpur müvəqqəti sərbəst buraxıldı

Təbrizdə yaşayan mili-mədəni fəal İbrahim Əhmədpur 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Onun “hökumət əleyhinə təbliğat”da ittiham edildiyi və işinin Təbriz prokurorluğunun 7-ci bölməsinin müstəntiqi Hadi Qəfuriyan tərəfindən araşdırıldığı bildirilir.

Qeyd edək ki, Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilib.

O, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və adı çəkilən mərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib və fəaliyyəti dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button