Güney Azərbaycanlı mili mədəni fəal şəhrivərin 25-də mürəxəsiyə buraxılıb. Fəal Tehran şəhərinin Bəharistan dadqahının icraye əhkam vahidinə hüquqi fiş zəmanətinin verilməsi ilə 1 həftəlik mürəxəsiyə çıxıb.
Xatırladaq ki, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi 92-ci il isfəndin 1-də ana dili mərasimində iştirak etdikləri üçün tutuqlanıblar. Fəallar daha öncə Tehran məhkəməsi tərəfindən toplamda 45 il həbs və 8 il sürgün cəzasına məhkum ediliblər. Bu hökm sonradan Tehranın təcdid nəzər məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
Qeyd edək ki, milli fəallar Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi, Tohid Əmir Əmini və Kiyanuş Əslani Ana Dili Gününündə həbs ediliblər. Onlar hazırda Tehranın böyük və Evin zindanlarında həbs həyatı yaşayırlar.