hazırda İranda hakimiyyətin bütün işi seçkilər olub. Siyasi quvvələr bütün güclərini Cümə günün seçkisinə toplayıblar. Nigəhban Şurası və daha doğrusu Əli Xamneyi seçkilərdə yarışacaq adam buraxmasa da var olan namizədlər arasında rəqabət davam edir. Ancaq görünən odur ki, bütün bu işlər İbrahim Rəisinin prezident olması üçün ayarlanıbdır. Bu hesabla gələn həftədən etibarən Rəisini 13-ci prezident olaraq görmək olar. Ancaq hakimiyyət və dövlət mediasının görsətdiyindən kənarda bir gerçəklik vardır. Millət iqtisadi mənada aşırı dərəcə əziyyətdə. Milyonlarla insan gün çörəyini qazanmaqda ciddi müşküllərlə üzləşib. Millətin çətinliklərindən biri də Koronavirus böhranıdır. Dünya sürətlə ümumi vaksinasyona başlayıb. Qonşu ölkələrdən Türkiyədə gündə bir milyon nəfərə yaxın Korona vaksini vurdurur və Ankara dövləti sürətini artırmaqla ölkəni normal halə gətirməyə çalışır. Bölgədəki Ərəb ölkələrdə də durum bənzərdir və hər kəs zamanında aldığı vaksinlərlə millətini mərizçilik dərdindən qurtarmaya çalışır. Ancaq İranda yenə də millət tək başına qaldı.
O zaman ki dünyada Koronavirus vaksəni almaq üçün rəqabət varıydı Tehran öncə təhrimləri bəhanə etdi. İran hakimiyyəti vaksinin ala bilmədiyini Amerika və qərb ölkələrinin günahı kimi qələmə verdi. Ancaq daha sonra Əli Xamneyi açıq bir şəkildə Amerika və ümumiyyətlə batıdan vaksənin əldə edilməsini yasaqladı. Hətta hediyə olaraq verilən vaksənlər belə alınmadı. İran məqamları dəfələrlə Çin və Rus vaksənini almağa sözü verib ancaq neçə gün sonra öz dediklərini yalanladılar. Hətta Rus vaksəninin İranda fabrikasının açılacağını dedilər.
Seçki və daha doğrusu güc savaşı başlayanda namizədlərin vaksinlə bağlı doğru düzgün sözləri belə olmadı. Milyonlarla insanın canı təhlükədə olarkən prezidentlik namizədləri məsələylə bağlı nə edəcəklərini belə doğru düzgün demədilər. Namizədlikdən geri çəkilən Mehrəlizadə-nin “seçilsəm 3 ay içində hamıya vaksin vurduracağam” sözünün də nə qədər etibarsız olduğunu hamı bilirdi.
Bu qarışıqlıqda Sağlıq Vəziri Səid Nəməki İranın düzəltdiyi Korona Vaksəninə izin verildiyini açıqladı. Ancaq istifadəsinə izin verən Dava və Yemək Sazmanı hələ araşdırıldığını açıqladı. Habelə sağlıq uzmanları vəzirin iddia etdiyi vaksənin istifadəyə olmadığını dəfələrlə açıqladılar. Habelə keçmişdə iran tolidi olan dava dərmanların çoxlu keyfiyyət şikayətə səbəb olub. Əsasən İranda bir çox sahədə olduğu kimi dərman ticarəti də özəl mafiyaya bağlıdır.
Bütün bunlar gələn aylarda iş başına gələn yeni dövlət və millətin canıyla oynaması ənənələri ciddi qorxuya yol açıb. Bu səbəbdən İbrahim Rəisi təkcə siyasət meydanında yox, sağlıq alanında da böyük böhranların ortaya çıxmasına səbəb ola bilər.