Site icon Aznews TV

“Microsoft”: “İran hakerlərinin təxribatları daha da güclənib”

Korporasiyanın hesabatında dövlətlərin dəstəyi ilə dünyada kiberhəmlələrin kompüter sistemlərinə yönəldiyi bildirilib.
Hesabatda bildirilir ki, İran hakimiyyətinin hakerləri kiberfəaliyyətlərini artırıblar. Onlar informasiya əməliyyatları və təbliğat yolu ilə hədəflərinə geopolitik təsir göstərməyə cəhd ediblər.

“İran hakimiyyəti əvvəllərlə müqayisədə kiberhəmlələrini daha da gücləndirib. Hakerlər əməliyyatlarını Bulud (Cloud) Kompüter Sistemlərinə yönəldiblər”, – deyə korporasiyanın Strateji və İntellektual Hədə Şöbəsinin müdiri Şrud Deqripo vurğulayıb.

“Yeni tapıntılara əsasən, İran hakerləri güclərini ABŞ-nin həyati infrastrukturlarına həmlə etməyə yönəldiblər”, – deyə 131 səhifəlik hesabatda qeyd olunub.

#İran

Exit mobile version