Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Meta İrana bağlı onlarla hesabı sildi

Meta şirkəti saxta hesablar yaratmaq və insanları çaşdırmaq üçün koordinasiyalı fəaliyyət göstərən və bu şirkətin qaydalarını pozan İrana bağlı onlarla hesabı sılıb.

Bu barədə şirkətin bəyanatında bildirilib.

Məlumata görə, Meta 2024-cü ilin birinci rübündə 22 Facebook hesabı, səkkiz səhifə, səkkiz qrup və 23 Instagram hesabını müəyyən edib və silib.

Şirkətin verdiyi məlumata görə, İsrail vətəndaşlarını hədəf alan bu hesabların hamısı İrandan yönləndirilib.

Bu şəbəkənin fəalları əsasən İsraillə bağlı xəbərləri və aktual hadisələri ivrit dilində dərc ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button