Site icon Aznews TV

MEŞƏDƏ YAYILMIŞ AFƏTLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞLADI

Qaradağda afətlə mübarizənin dayandırılması qəbul olunmazdır.
Ölkənin Meşə Sazimanının Hifazət və Himayət Dəftərinin baş müdiri Davər Namdar Qaradağ və Əhərdəki meşə bölgələrində Qəhvəyi Quruq Kəpənək Afətinin tüğyan etdiyini deyib. Onun sözlərinə görə, etibarın çatışmaması bəhanəsi ilə bu afətə qarşı mübarizəni dayandırmaq olmaz.
“ Qəhvəyi Quruq Kəpənək Afəti ilə mübarizə məqsədi ilə etibarlar təmin olunub.Yenə də etibar ayrılması nəzərdə tutulur. İşi daha da sürətləndirmək üçün peymankarlar qüvvələrini artırmalıdır”-deyə Davər Namdar vurğulayıb. Şərqi Azərbaycanın Təbii Mənabe və Susaxlama Baş İdarəsinin müdiriyyətindən yardım istənilib. Qaradağ meşələrində yaşam çeşidliyi çox olduğuna görə xüsusi əhəmiyyəti var. Bu meşəliklərdə ağacın kəsilməsinə və afətlərin çoxalıb yayılmasına qarşı daima mübarizə aparılır. Bildirək ki, Şərqi Azərbaycanın meşəlik məcmusu 180 min hektardı və bundan 164 min hektarı Xudafərin, Kəleybər və Vərziqan şəhristanlarında yayılmış Qaradağ meşələridir.

Exit mobile version