Bu barədə əyalətin baş hakimi Məhəmməd Sadiq Əkbəri açıqlama verib.
Məktəblərin bağlanmasına səbəb bu təhsil ocaqlarında islamın bəhai təriqətinə mənsub olan müəllimlərin işə götürülməsi olub.
Baş hakim bağlanan məktəblərdə tədris edən iki müəllimin həbs edilərək barələrində cinayət işinin açıldığını bildirib.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, ölkə konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.
Bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.