Azərbaycanİran

Marağalı məhbsu fəalın vəziyyəti ağırlaşdı

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin həbsxanasında saxlanılan milli fəal Muxtar İbrahiminin həyatı təhlükədədir.

Bu barədə insan haqları təşkilatları onun ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, fəal böyrək xəstəliyindən əziyyət çəkir və həkimlər onun əməliyyat olunması barədə arayış verməsinə baxmayaraq, həbsxana rəhbərliyi fəalın müalicəsinə imkan vermir.

“Ötən gün Muxtar İbrahimi böyrək ağrılarından huşunu itirdikdən snra həbsxananın tibb məntəqəsinə köçürülüb və yalnız ağrı kəsici dərman verildikdən sonra yenidən palataya qaytarılıb”,- məlumatda deyilir.

Bununla yanaşı, M.İbrahiminin ailəsinin ona göndərdiyi dərmanların çatdırılmaması səbəbindən fəalın vəziyyətinin ağırlaşdığı qeyd edilib.

Qeyd edək ki, Muxtar İbrahimi bundan əvvəl 2020-ci ildə həbs edilib, “hökumətə qarşı təşkilat və qrup yaratmaq” və “müxalif qrup və şəbəkələrəüzv olmaq”da günahlandırılarılıb.

26 avqust 2020-ci ildə Marağa həbsxanasına kpçürülən İbrahimi, 21 gündən sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O, daha sonra “hökumətə qarşı təbliğat” ittihamına görə, yenidən 1 il azadlıqdan məhru edilib və 22 yanvar 2024-cü ildə Marağa həbsxanasına salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button