Azərbaycanİran

Marağada etiraz aksiyası keçirilib

Şərqi Azərbaycan əyalətinin Çarağa şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçiriblər.

İşçilər işi dayandıraraq bələdiyyə binasının qarşısına toplaşıb, uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanıldıqlarına, əmək haqlarının ödənilməməsinə etiraz ediblər.

Onlar aylardır Marağa bələdiyyəsinə başçı təyinatının problemə çevrildiyini, bunun əziyyətini işçilərin çəkdiyini deyiblər.

Qeyd edək ki, uzun müddətdir Marağa Şəhər Şurası ilə bələdiyyə idarəsi arasındakı ixtilaflara görə, bələdiyyə başçısının təyinatı problemə çevrilib.

Bu, şəhərdə bütün sahələrdə problemlərin dahada artmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button