Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın növbəti “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

“ANT” xəbər verir ki, Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir:

“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir olan şəriki Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.
Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”-da açılmış 024071984024 №li hesabına köçürmüşdür.
Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti – “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.
Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.
Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu kütləsinə təqdim edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

Related Articles

Bir cavab yazın

Back to top button