İran

Mahsun Qırmızıgül İranın yeni prezidentini qadınların hüquqlarının müdafiəsi sahəsində islahatlara çağırıb

Məşhur türkiyəli müğənni Mahsun Qırmızıgül İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana müraciət edərək iranlı qadınların hüquqlarının müdafiəsi istiqamətində mühüm islahatların aparılmasını istəyib.

İnstagram hesabında dərc etdiyi məlumatda o, qadınların həyatlarının yaxşılaşacağına və onların zorakılıqdan qorunacaqlarına ümid etdiyini bildirib.

O, həmçinin bu islahatların həyata keçiriləcəyi təqdirdə İranın ən böyük stadionunda pulsuz konsert təşkil edəcəyinə söz verib.

Xaricdə yaşayan bir çox iranlı və xarici müğənnilər, o cümlədən Türkiyə və Azərbaycan sənətçiləri İranda konsert verməkdə maraqlı olduqlarını illərdir bildirirlər. Lakin hökumətin qadağaları və təzyiqləri səbəbindən bu məsələ son dörd onillikdə həll olunmamış qalır.

Related Articles

Bir cavab yazın

Back to top button