İran

Mərziyə Mahmudi Nika Şahkərəminin hesabatını yenidən dərc etdiyinə görə üçüncü dəfədir ki, mühakimə olunur

Jurnalist Mərziyə Mahmudi BBC-nin Nika  Şahkərəminin qətli ilə bağlı xəbərini yenidən dərc etdiyinə görə üçüncü dəfə məhkəmə qarşısına çıxacaq. Məhkəmə iclas iyulun 3-də keçiriləcək.

Bundan əvvəl Mərziyə Mahmudi 2023-cü ildə İran məhkəməsi tərəfindən 24 milyon tümən cərimə ödəməyə və bir il müddətinə sürgün cəzasına məhkum edilmişdi.

16 yaşlı Nika Şahkərəmi 20 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İran etirazları zamanı Tehranda yoxa çıxmışdı. Ailəsinə onun ölümü barədə 10 gün sonra məlumat verilib. Nika Şahkərəmi təhlükəsizlik qüvvələrinin zorakılığı ilə bağlı olduğu iddia edilən şübhəli şəraitdə ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button