
Yekan Kəhriz kəndinin əhalisi təbii sərvətlər təşkilatının torpaq və otlaq sahələrini zəbt edib milliləşdirməsinə etiraz olaraq aksiya keçirərək, Xoy-Culfa yolunu bir neçə saatlıq bağlayıb.
Mərəndin Təbii Sərvətlər Təşkilatı Dəşt Mil Yekanın torpaq və otlaqlarını milli elan etməklə bu torpaqları İsfahan şirkətlərinə verib. Bu bölgədəki İsfahani şirkətləri sənaye istixanaları tikərək və hasarlanaraq mal-qaranın otarılmasının qarşısını alıblar.
Etiraz edən Yekan camaatı bu istixanaların bəzilərini yandırıb. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, havaya atəş açıb.