Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Mərənddə torpaq çökməsi əmələ gəlib

Güney Azərbaycanın Mərənd şəhəri ətrafında yenidən torpaq çölkməsi qeydə alınıb.

Ekoloji problem Mərəndin 15 kilometrliyində yerləşən Mərkid kəndi ətrafında baş verib.

18,9 santimetr torpaq çökməsi ilə Mərənd Şərqi Azərbaycan əyalətinin digər bölgələri arasında ən yüksək çökmə səviyyəsinə malikdir.

Ekoloqların sözlərinə görə, yeraltı su ehtiyatlarının həddindən artıq çıxarılması sulu təbəqələrdə su çatışmazlığının və torpaqların çökməsinin əsas amilidir.

Qeyd edək ki, bundan əvvəl İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi də, yeraltı suların tükənməsi nəticəsində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə açıqlama yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button