Onlar ev sahibi və qonaqların şəxsi əşyalarını zəbt ediblər.
Qohum və tanışların iştirak etdikləri şənliyin gecə saat 9-da başlamasından sonra 20 kişi və qadın məmur evin giriş qapısını qırıblar və güc tətbiq edərək evə giriblər.
Məmurlar axtarışa icazə hökmünü göstərməklə təxminən 2 saat təftiş aparıblar. Həmçinin ev sahibləri və qonaqların avtomobillərində axtarış edilib.