İran

Məhsa Əmini Avropa İttifaqının ən yüksək mükafatına namizəd olub

Avropa Parlamenti Məhsa Əminini və "Qadın, Həyat, Azadlıq" hərəkatını Saxarov mükafatının üç namizədindən biri elan edib.

Bu mükafat hər il tiranlıqla mübarizədə və ifadə azadlığının müdafiəsində əlamətdar fəaliyyət göstərən şəxslərə və ya qruplara verilir.

“Associated Press”in məlumatına görə, Avropa Parlamentinin xarici siyasət üzrə rəhbəri Mak Allister deyib:

“Məhsa və “Qadın, Həyat, Azadlıq” hərəkatının Saxarov mükafatına üç əsas namizəddən biri kimi seçilməsi onların qadınların hüquqları uğrunda mübarizə aparan cəsarətli fəaliyyətinin tanınmasıdır”.

#MehseEmini

Related Articles

Bir cavab yazın

Back to top button