Azərbaycanİran

Məhbus təbrizli tələbə yenidən aclıq aksiyasına başlayıb

Təbriz həbsxanasında saxlanılan tələbə hərəkatı fəalı Armita Pavir yenidən aclıq aksiyasına başlayıb.

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

Bildirilir ki, o, noyabrın 28-də bu barədə yaxınlarına verdiyi məlumatda noyabrın 24-dən aclıq aksiyasına başladığını deyib.

Xanım məhbusun barəsində əsassız ittihamlar irəli sürüldüyünə və saxta etiraf verməyə məcbur edildiyinə etiraz olaraq aclıq aksiyası keçirdiyi qeyd edilib.

Bu son bir ay ərzində onun ikinci aclıq aksiyasıdır, Pavir bundan əvvəl noyabrın 13-də bir neçə günlük aclıq aksiyası keçirdikdən sonra vəziyyətinin ağırlaşdığına görə xəstəxanaya köçürülmüşdü.

Xatırladaq ki, tələbə hərəkatı fəalı etiraz aksiyalarına qoşulduğu üçün son dəfə 21 sentyabr tarixində həbs edilib.

Bundan əvvəl etiraz aksiyalarına qoşulduğuna görə 31 oktyabr 2022-ci ildə həbs edilən tələbə hərəkatı fəalı 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən SEPAH-ın Ukrayna təyyarəsini vurmasına etiraz etdiyi üçün 1 il müddətinə Armita Pavirin təhsilinə qadağa qoyulmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button