Bu barədə yerli mədəni fəallar məlumat yayıb.
Məlumata görə, rəsm sərgisi Mürtəza Pərvinin emalatxanasında baş tutacaq və ümum üçün açıqolacaq.
Sərgi oktyabrın 12-də, saat 16:00-dan Ərdəbil şəhərinin Şəhriyar məhəlləsində, Purseyf küçəsində yerləşən “Qezil Dizayn” istehsal sənət emalatxanasında baş tutacaq.
Qeyd edək ki, fevralın 6-da ərdəbildə həbs edilən Mürtəza Pərvin Tehranın Evin həbsxanasına aparılıb.
Bir neçə gün əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi fəalı “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq” ittihamına görə 6 il azadlıqdan məhrum edib.