Bu müddət ərzində fəal bir neçə dəfə saxta etiraf vermək üçün işgəncəyə məruz qalıb, ailəsi ilə görüş və telefon əlaqəsinə qadağa qoyulub.
Mir Əkbər Hüseyni martın 24-də telefon vasitəsilə SEPAH-nin təhlükəsizlik idarəsinə çağırılıb və ora getdikdən sonra həbs edilib.
Bunun 22 yaşlı Mir Əkbər Hüseyninin sosial mediadakı paylaşımlarına görə olduğu deyilir.
Qeyd edək ki, təbrizli fəal bundan əvvəl ictimai fəaliyyətlərinə və etiraz aksiyalarında iştirak etdiyinə görə 3 dəfə həbs edilib. O, əvvəllər “hökumətə qarşı təbliğat” və “müxalif qruplara üzv olmaq”da günahlandırılmışdı.