Site icon Aznews TV

Məhəmməd bin Salman: İranın qarşısı alınmazsa, neftin qiyməti sürətlə yüksələcək

Əgər dünya liderləri İranın qarşısını almaq üçün səy göstərməyəcəksə, neftin qiyməti sürətlə qalxa bilər.

Aznews.tv xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman deyib.

“Əgər dünya qəti addım atmarsa, biz dünya maraqlarına zidd olan ekspansiyanın genişlənməsinin şahidi olacayıq. Neft nəqliyyatı pozulacaq, neftin qiymətləri isə görmədiyimiz həddə yüksələcək”, – deyə o, əlavə edib.

Onun sözlərinə əsasən, Yaxın Şərq dünyanın enerji daşıyıcıları nəqlini 30%, qlobal ticari dəhlizlərinin 20% və dünya ÜDM-nin 4% təmin edir.

“Təssəvür edin ki, bu üç amil yox olub. Bu nəinki Səudiyyə Ərəbistanı və Yaxın Şərqin, ümumiyyətlə dünya iqtisadiyyatının süqutuna gətirib çıxaracaq”, – deyə bin Salmaq vurğulayıb.

Aznews.tv

Exit mobile version