Azərbaycanİran

Mədəni fəal Təbriz həbsxanasına köçürülüb

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı sentyabrın 8-də Təbriz həbsxanasına köçürülüb.

Onun 500 milyon tümən (15 min AZN) girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına razılıq verilsə də, bu, baş tutmayıb.

Mədəni fəal sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb.

Qeyd edək ki, Nurməhəmmədi bir müddət əvvəl qızına türk mənşəli Hunay adını seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi Hunay adının İran adları siyahısında olmadığı üçün yabançı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.

Mürtəza Nurməhəmmədinin saxlanılma səbəbinin bu paylaşım ilə bağlı olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button