
Məlumata görə, ana dili hərəkatı fəalı Behnam Şeyxi həbs cəzasından sonra iki illik sürgün cəzasını yaşamaq üçün mayın 31-də Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə göndərilib.
2020-ci ilin Yanvar ayında, Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayi sədrliyi ilə, Behnam Şeyxi və başqa üç Azərbaycanlı mədəni fəalı 2013 -cü ildə Bəharestanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum etdi.
Behnam Şeyxi, cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən 22 iyul 2020 -cı ildə həbs edildi. Şeyxi həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirdi. İlk dəfə 21 Yanvar 2021-ci ildə Yusif Kariyə dəstək vermək və İran həbsxanalarında siyasi məhbusların hüquqlarını müdafiə etmək üçün yeddi siyasi məhbusla birlikdə aclıq aksiyası keçirdi. Bu kütləvi aclıq aksiyası yeddi gün davam etdi.