Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Məcburi hicab qaydalarına görə iş yerləri bağlandı

İranda məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyinə görə daha bir neçə iş yeri qapadılıb.

Bu barədə polis idarələrinin ictimai məkanlara nəzarət bölmələri məlumat yayıb.

Bildirilib ki, Tehran, Rəşt, Babolsər və Məşhəd şəhərlərində 10 restoran, kafe və kitabxana məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyinə görə fəaliyyətlərinə qadağa qoyulub.

Qeyd edək ki, son bir neçə ay ərzində İranda məcburi hicab qaydalarına riayət edilməyən 3 mindən çox iş yerinin fəaliyyəti dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button