İsrail Suriyyənin Məsyaf şəhərində yerləşən nizami hədəflərə raket həmləsi edib. Məsələ ilə bağlı Suriyyənin Difa Vizarəti bəyaniyyə yayıb. Məlumata görə, atəş zərbələri Lübnanın Trablos şəhərinin şimalından endirilib. “Reuters” ajansının verdiyi bilgiyə əsasən, İsrail qırıcılarının həmlə xəbərinin yayılmasından bir neçə dəqiqə öncə həmin qırıcılar Lübnanın bir sıra bölgələri üzərində yerə yaxın uçuşlar edib.
Qeyd edək ki, Məsyaf şəhəri dəfələrlə analoji hücumlara məruz qalıb. Şəhərdə bir nizami danişqah və bir elmi təhqiqat mərkəzi yerləşir.