Sentyabrın 22-i saat 24:00-a qədər Məhsa Əmininin adından istifadə edilən həştəglərın ümumi sayı 30 milyon 480 mindən çox olub.
Bu statistikaya #mahsa_amini və #mahsaamini həştəqləri daxildir.
Kürdüstan əyalətinin Saqqız şəhərindən olan Məhsa Əmini sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.
3 gün komada qalan gənc qız sentyabrın 16-ı günortadan sonra dünyasını dəyişib və bu İranda kütləvi etiraz aksiyalarının başlamasına səbəb olub.