Site icon Aznews TV

Livanın yeni hökumətinin heyəti 48 saat ərzində açıqlanacaq

“ANT” xəbər verir ki, bu barədə “Al Hurra” telekanalına “Demokratik görüş” blokunun parlament üzvü Mərvan Həmməd bildirib.

“İyirmi dörd nazirdən ibarət kabinet Livanın 9 yanvarda general Cozef Aunun prezident seçilməsindən sonra yaşadığı siyasi mərhələyə uyğun olacaq”, – o qeyd edib.

“Hökumətin formalaşmasında Baş nazir Salamın qoyduğu meyarlar böhranı aradan qaldırmağa kömək edəcək”, – Mərvan Hammad vurğulayıb

Hammad əsas vəzifələri tutacaq nazirlərin adlarını açıqlayıb. Belə ki, istefada olan generallar Əhməd əl-Həcər və Mişel Munsi Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərləri, keçmiş deputat Yasin Cabir isə maliyyə naziri olacaqlar. Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Naci Əbu Asinin təyin ediləcəyi gözlənilir.

Exit mobile version