Şnayder Gəmiçilik və Limanlar İdarəsinin direktoru Redkerə yazdığı məktubda Çinin HƏMAS ilə müharibə zamanı İsraildən üz döndərdiyini və hətta ona qarşı açıq şəkildə hərəkət etdiyini bildirib.
O qeyd edib ki, Çin İranla birlikdə müasir “şər oxu”nun bir hissəsidir və liman nümayəndələri məxfi məlumatlara çıxış əldə edirlər. Şnayderin sözlərinə görə, “Çin İran və husilərlə əməkdaşlıq edərək və Bab əl-Məndəb boğazında gəmilərin keçməsinin qarşısını alaraq faktiki dəniz embarqosunun tətbiqində iştirak edir”