Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Beynəlxalq Əfv Təşkilatı İranda hüquq müdafiəçilərinin edamını pisləyib

Beynəlxalq Əfv Təşkilatı İranda cinsi azlıqların iki hüquq müdafiəçisi Zəhra Sədiqi Həmdani və İlham Çubdar barəsində çıxarılan ölüm hökmünü pisləyib.

Təşkilat İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeiyə müraciət edərək adı çəkilən şəxslərin edam hökmünün ləğv olunması və onların azadlığa buraxılmasını tələb edib.

Beynəlxalq Əfv Təşkilatının bəyanatını 9700 hüquq müdafiəçisi, azlıq nümayəndələri və başqa siyasi-ictimai və mədəni fəallar imzalayıb.

Qeyd edək ki, Urmu şəhərinin İnqilab Məhkəməsi 31 yaşlı Zəhra Sədiqi Həmədani və 24 yaşlı İlham Çubdar barəsində “homoseksuallığın təbliği ilə yer üzündə fəsad yaymaq” ittihamına görə edam hökmü çıxarıb.

Məlumatda edam hökmünün hər iki məhkuma elan olunduğu,  eyni cinayət işində adı olan və Urmu zindanının qadınlar bölməsində saxlanılan 52 yaşlı Süheyla Əşrəfinin də edam hökmünün elan olunacağının gözlənildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button