”ANT” “Suspilne”yə istinadən xəbər verir ki, bu barədə Latviya Miqrasiya Departamentinin nümayəndəsi Madara Puke TV3-ə söyləyib.
“Hazırda 800 nəfər Latviyada qalmaq hüququ almayıb, nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət ediblər… Həmin şəxslərlə bağlı məlumatları gələcək yoxlanış üçün Dövlət Sərhəd Xidmətinə vermişik. Yaxın həftələrdə bu insanların hələ də Latviyada olub-olmaması bəlli olacaq. Əgər belə olsa, 30 gün müddətinə getmə əmri veriləcək”.
Pukenin sözlərinə görə, latış dili imtahanından keçə bilməmiş Rusiya vətəndaşları iki il müddətinə müvəqqəti yaşama icazəsi üçün müraciət edə bilər, bundan sonra onların latış dili bilikləri yenidən yoxlanılacaq: növbəti dəfə uğursuz olanlar deportasiya olunacaqlar.
Xatırladaq ki, daha öncə Latviyanın Konstitusiya Məhkəməsi əvvəllər ölkə vətəndaşı olan və daimi yaşayış icazəsi olan rusiyalılar üçün latış dilindən imtahan vermək tələbini qanuni hesab edib.