Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Kərim İsmailzadənin işi Ali Məhkəməyə göndərilib

Bu barədə Kərim İsmayılzadə ailəsi ilə əlaqə saxlayarkən bildirib.

Onun sözlərinə görə, yerli məhkəmə orqanları ona qarşı dəlil və sübut tapa bilmədiyinə görə, yekun qərar qəbul edilməsi üçün işini Ali Məhkəməyə göndəriblər.

Qısa telefon danışığı zamanı Kərim İsmayılzadə həbsxana şəraiti, arıqlaması, dərmanlarının olmaması barədə ailəsinə məlumat verib.

Kərim İsmayılzadə “Urmu və Araz üçün Birlik” kampaniyasının təsisçilərindən biri, azərbaycanlı vətəndaş və ekoloji fəaldır. O, İranda türklərin hüquqlarını müdafiə edən sivil fəaliyyətinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıb.

Sonuncu dəfə 2025-cü il martın 10-da təhlükəsizlik işçiləri Kərim İsmailzadənin iş yerinə basqın edərək onu naməlum yerə aparıblar. Ailəsi onun haqqında uzun müddət məlumat ala bilmədikdən sonra Təbriz mərkəzi zindanına köçürüldüyünü və 5-ci palatada saxlandığını öyrəniblər.

Related Articles

Bir cavab yazın

Back to top button