Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Kreml Paşinyanın Rusiya ilə əlaqələri bərpa etmək barədə göstərişinə dair məlumatlara münasibət bildirib

Kreml Ermənistan mətbuatının Baş nazir Nikol Paşinyanın dövlət qurumlarına Rusiya ilə əlaqələri bərpa etmək və birgə tədbirlərdə iştirak etmək tapşırığı verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Kremlin sözçüsü Dmitri Peskov əslində Rusiya ilə Ermənistan arasında münasibətlərin kəsilmədiyini söyləyib.

“Münasibətlər kəsilə bilməz, Ermənistan bizim üçün dost ölkədir. Ermənistan suveren ölkədir, ancaq bizi həm ikitərəfli münasibətlər, həm tarixi və mədəni, həm də Avrasiya İqtisadi Birliyi kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından çox şey birləşdirir. Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə belə qarşılıqlı münasibəti bizi daha çox qane edir. Biz isə münasibətləri inkişaf etdirməyə hazırıq”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button